“Misir millisinin kapitanı Məhəmməd Salah Afrika Millətlər Kubokunda aldığı zədəsini sağaltmaq üçün “Liverpul”un düşərgəsinə qayıdacaq”.
Bu barədə jurnalist Lyuis Stili sosial şəbəkədə “Liverpul”un baş məşqçisi Yürgen Kloppdan sitat gətirib.
“Salahın “Liverpul”da reabilitasiyadan keçəcəyi nəzərdə tutulub. Finala hazır olarsa, yəqin ki, Afrika Millətlər Kubokunda finalda çıxış etmək üçün yığmaya qayıdacaq”, – almaniyalı çalışdırıcı söyləyib.
Qeyd edək ki, Məhəmməd Salah Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turunda Qanaya qarşı oyunda (2:2) belindən zədələnib.