Sosial şəbəkələrdəki paylaşımları ilə diqqət çəkən dünyaca məşhur türkiyəli aşpaz Nusret Gökçe Dubaydakı restoranında müştərinin ödədiyi qəbzi paylaşıb.
Xeber-ps.com xəbər verir ki, Gökçe 398 min 630 dirhəm ödənilən (184 485 AZN) hesabı paylaşaraq “Pul gəlir, pul gedir” sözlərini yazıb.
Onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında mübahisə yaradıb.