“Səbail” klubu növbəti transferini rəsmiləşdirib.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, Ayub Timbe Masika ilə anlaşıb.
Premyer Liqa klubu keniyalı hücumçu ilə 1,5 illik müqavilə bağlayıb. O, son dəfə “Nanjinq Siti”nin (Çin) formasını geyinib.
Qeyd edək ki, 32 yaşlı hücumçu karyerası ərzində “Genk”, “Lyers”, “Ridinq”, “Vissel Kobe” və “Buriram Yunayted” kimi klublarda çıxış edib. Keniya yığmasının heyətində 24 oyunda dörd qol vurub.