Honkonqda “Standard Chartered Hong Kong” marafonu zamanı bir idmançı ölüb, 842 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yarış yanvarın 21-i səhər saatlarında baş tutub.
Məlumata görə, marafondan sonra təxminən 30 yaşlı iştirakçılardan biri metro stansiyasının platformasında huşunu itirib. O, xəstəxanaya aparılsa da, dünyasını dəyişib.
Yarış zamanı və yarışdan sonra əsasən burxulma və əzilmələrdən əziyyət çəkən 842 idmançı kömək üçün müraciət edib. Onlardan birinin vəziyyəti xüsusilə ağır, dördünün vəziyyəti isə ağırdır.
Yarışa gəlincə, kişilər arasında 42 kilometr məsafəni 2 saat 12 dəqiqə 50 saniyəyə qət edən keniyalı Anderson Seroy qalib olub. Qadınlar arasında isə efiopiyalı Medina Armino 2 saat 28 dəqiqə 47 saniyə nəticə ilə finişə birinci çatıb.
Mənbə: gazeta.ru