Qəbələdə 32 yaşlı kişi intihar edib.
“Report” xəbər verir ki, hadisə Qəbələ şəhərində yaşayış evlərindən birində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Xətai Xəqani oğlu Abdullayev yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar edib.
X.Abdullayev ailəli olub, iki azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır.