Bakıda gənc oğlan bıçaqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Savalan yaşayış massivində yaşanıb.

Belə ki, 1996-ci il təvəllüdlü Emin Eynullayev tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Bıçaqlanaraq ağır xəsarət alan E.Eynullayev Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

0.073620796203613