Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Düz Cırdaxan kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.