Göyçayda 69 yaşlı qadın itkin düşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçayda 69 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçay rayonunun Çərəkə kənd sakini, 1955-ci il təvəllüdlü Bəkirova Zümrüd Seyidəbi qızı yanvarın 13-də səhər saat 8 radələrində yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək qayıtmayıb. 

Qadın barəsində hər hansı bir məlumatı olan şəxslərin DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020) 274-04-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

0.12897896766663