Qubada saxlanılan şəxsin üzərindən avtomat aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə Quba Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ədalət Məmmədov saxlanılıb.

Həmin şəxsin üzərindən bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd patron darağı və beş ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ədalət Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

0.093272924423218