Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı görünməmiş olay yaşanıb.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
2004-cü il təvəllüdlü Nigar Niyazi qızını Bəylərova Rahim Əliağa oğlu Rəhimovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil vurub.
Hadisə şahidləri dərhal polisə və təcili yardıma müraciət edib.
Yaralı xəstəxanaya çatdırılıb.
Hadisə yerinə gələn Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücü R.Rəhimovun izahatını almaq istəyərkən o, qaçmağa çalışıb.
R.Rəhimov qaçarkən yıxılıb. O, çənə və burun sümüyünü sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Məlum olub ki, sürücü sərxoş olduğu üçün törətdiyi hadisəyə görə izahat verməkdən boyun qaçırıb.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.