Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə çərçivəsində 15 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman ümumi çəkisi iki kiloqrama yaxın müxtəlif çeşidli narkotik vasitələr, o cümlədən güclü təsiredici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb.
Hər bir faktla bağlı Samux Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.