Goranboyda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy rayonunun Qaradağlı kəndində gənc qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Report”un Qərb bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü D.Qədimova yaşadığı evdə dəm qazından zəhərlənib.

O, ağır halda xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

0.096242904663086