“Altıncı mərtəbədən liftə iki qadın mindi. Ondan sonra lift dayandı”.
Bunu dünən axşam saatlarında Bakıda binanın liftinin qırılması nəticəsində xəsarət alan şəxs “Xəzərxəbər”ə bildirib.
O qeyd edib ki, lift dayanandan sonra qırılma baş verib:
“Ondan sonra şaxtaya düşdük. Hazırda yeriyə bilmirəm. Belimdə, ayaqlarımda əzilmələr var”.
Zərərçəkmiş şəxs bildirib ki, dəfələrlə liftlə bağlı müraciət etsək də, baxılmayıb.