Bakının Səbail rayonunda güllələnmə hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Şıxov qəsəbəsi ərazisində qeydə alınıb.
1991-ci il təvəllüdlü Cəmilə Rəşad qızı Məmmədova evdə keçmiş əri ilə mübahisə edib.
Mübahisə zamanı kişi ona odlu silahdan atəş açıb.
Qadın sol qolun sümüyünün zədələnməsi diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Faktı Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparılırlar.