Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) məlumatına görə, ölkədə 2023-cü ildə İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq yeni doğulan körpələrin sayı 700 mindən aşağı olub.
Məlumata əsasən, 2023-cü ildə respublikada 678 min, 2022-ci ildə 725 mindən çox, 2010-cu ildə isə 833 minə yaxın insan doğulub.
Sosioloqların qeyd etdiyi kimi, 2023-cü ildə Fransada 631 min nəfər ölüb. 2022-ci ildə bu rəqəm 675 min olub.
Hesablamalara görə, 2024-cü il yanvarın 1-nə Fransa əhalisinin sayı təxminən 68,4 milyon nəfərdir.
Mənbə: TASS