Premyer Liqa: “Mançester Yunayted” - “Tottenhem” oyununda qalib müəyyənləşmədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə İngiltərə Premyer Liqasının XXI turunda “Mançester Yunayted” doğma meydanda “Tottenhem”i qəbul edib.

Xeber-ps.com xəbər verir ki, qarşılaşmada qalib müəyyənləşməyib.

Hesabı üçüncü dəqiqədə meydan sahiblərinin heyətində R.Hoylund açıb. 19-cu dəqiqədə Riçarlison cavab qolunu vurub.

40-cı dəqiqədə M.Reşford yenidən mançesterliləri önə çıxarıb. İkinci hissənin ilk dəqiqəsində hesaba yenidən tarazlıq gəlib. R.Bentankur fərqlənib.

Beləliklə, heç-heçədən sonra “Mançester Yunayted” 32 xalla yeddinci, “Tottenhem” isə 40 xalla beşinci pillədə qərarlaşıb.

0.1039719581604