Rusiyanın Moskva vilayətində səmada qeyri-adi hadisə müşahidə edilib.
İşıq sütunları kilsəni işıqlandırıb, günəş halosu (Halo - Günəş və Ay ətrafında yaranan işıltılı halqadır – red.) səmanı aydınladıb.
Mojaysk şəhərinin küçələrində gecə yerdən göyə qədər uzanan işıqlı sütunlar əmələ gəlib. Buna şiddətli şaxtaların səbəb olduğu deyilir.
Daha bir rəngarəng görüntünü - Günəş halosunu Domodedovo şəhər sakinləri lentə alıblar. Günəş halosu sınmış işıq şüalarının atmosferdəki buz kristallarından keçməsi nəticəsində yaranır. Nəticədə günəş halqası əmələ gəlir.
Mənbə: “KP.ru” “Telegram”