Bir müddət əvvəl təmir olunan yolda işlər yekunlaşanda hərəkətin təşkilində də dəyişiklik edilib.
Xezerxeber.az xəbər verir ki, bu da sakinlərin yaşadıqları binanın həyətinə giriş-çıxışı çətinləşdirib. Söhbət Yasamal rayonu Həsən Məcidov və Əhməd Cəmil küçələrinin kəsişməsindən gedir. Sakinlər deyirlər ki, Həsən Məcidov küçəsində təmir işləri yekunlaşandan sonra həmin küçəyə qoşa xətt çəkilib. Bu da onların yaşadığı binanın həyətinə girməsinə maneə yaradıb.
Sakinlər bildirirlər ki, hərəkətin təşkilindəki dəyişiklik səbəbindən məhəllələrinə girmək üçün qaydaları pozurlar. Bu da onların elektron qaydada cərimə olunması ilə nəticələnir.
Onlar iddia edirlər ki, üzləşdikləri çətinliklə bağlı Yerüstü Nəqliyyat Agentliyinə də məlumat veriblər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: