Qışda avtomobillərdə ən çox problem soyutma sistemlərində baş verir.
Xezerxeber.az xəbər verir ki, digər fəsillərdə mühərrikin soyutma sisteminə, yəni radiatora su töktükləri üçün qışda şaxtalı havada bu da problemlərə gətirib çıxarır.
Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, avtomobili qış fəsilinə hazırlamayan sürücülər bu günlərdə minlərlə manat ziyana düşə bilərlər.
Usta qeyd edir ki, soyuq havaya hazır olmayan avtomobillər çox vaxt qəza şəraitinin yaranmasına səbəb olur. Dəniz Ağabəyli hesab edir ki, qışda avtomobilin əyləc mayesini də yeniləmək mütləqdir.
Avtomobil yağıntılı havada sürüşməsin deyə onun təkərləri də yaxşı olmalıdır. Bu səbəbdən də qarlı havada sürücülərə qış təkərlərindən istifadə etmək məsləhət görülür.
Usta sonda əlavə edib ki, əgər sürücülər bunlara diqqət etməsələr, qışda avtomobildə yaranan texniki nasazlıq səbəbindən qəza da baş verə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: