İçməli sudan analiz götürülüb, zəhərlənmə mümkün deyil - “Azərsu” TƏKZİB ETDİ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün paytaxtın Əmircan və Bülbülə qəsəbə sakinlərinin içməli suyun keyfiyyəti ilə bağlı səsləndirdikləri iddialar suyun keyfiyyəti məsələsini yenidən gündəmə gətirib.

“Azərsu” ASC-nin Texnoloji Proseslərə Nəzarət və Suyun Təhlükəsizliyi şöbəsinin rəisi, baş texnoloq Cəmil Babayev “Xəzər Xəbər”ə müsahibəsində qəsəbə sakinlərinin içməli sudan yoluxucu xəstəliyə tutulması xəbərinə aydınlıq gətirib.

O, qeyd edib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə artıq bir neçə gündür araşdırmalara başlanılıb.

Baş texnoloq qeyd edib ki, Əmircan və Bülbülə qəsəbəsi Ramana su anbarından qidalanır. Bu su anbarında isə 2015-ci ildən istismarda olan ultrasüzgəcli su təmizləyici qurğu vasitəsi ilə su Ceyranbatan gölündən qəbul edilir, emal edilib, hətta zərərsizləşdirilərək təchiz edilir.

Cəmil Babayevin sözlərinə görə, ultrasüzgəcli modul qurğularından hər hansı bir yoluxucu xəstəlik və yaxud mikrobiologi göstəricilərin emal olunmuş suya keçməsi mümkün deyil. Çünki texniki göstəricilər buna icazə vermir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

0.076740026473999