Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti yollarda maddi ziyanla nəticələnən kiçik qəzalara səbəb olub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyevin Xeber-ps.com-a verdiyi məlumata görə, Bakı-Şamaxı yolunda üç maddi ziyanla nəticələnən qəza baş verib.
Avtomobillərin bir-birinə sürtünməsi nəticəsində xəsarət alan yoxdur.
Bundan başqa qeyd edilib ki, Müşfiqabad ərazisində postlarda nəqliyyat vasitələrinin təkərləri yoxlanılır, şinləri tamamilə yeyilən avtomobillər Ağsu istiqamətinə buraxılmır.
Onlar Kürdəmir və təmir gedən İsmayıllı yoluna yönləndirilirlər.