EEVZA: Azərbaycanın U-20 millisi ikinci oyunda da məğlub olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxıb.

Xeber-ps.com-ın məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.

Görüş millimizin məğlubiyyəti ilə bitib - 0:3 (23:25, 9:25, 17:25).

Komandamız ötən gün Estoniyaya eyni hesabla uduzub.

U-20 turnirdə Latviya və Polşa kollektivləri ilə də qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

0.064718961715698