Tərtər rayonunda naməlum heyvan skeleti aşkarlanıb.
“Report”un Qarabağ bürosu xəbər verir ki, rayonun Hüsənli kənd sakini Rafiq Əli oğlu Qasımov evində təmir işləri apararkən köhnəlmiş döşəmənin altından skelet aşkar edib.
Kənd sakini "Report"un yerli bürosuna bildirib ki, skeletdə əsas diqqətçəkən məqam onun ön ayaqlarının olmamasıdır. Bu da tapılan skeletin hansı heyvana məxsus olmasını müəyyən etməkdə çətinlik yaradır.
Skeletdə köpək dişlərin olması heyvanın yırtıcı olduğunu deməyə əsas verir.