Afrikada çoxmərtəbəli kilsə çökdü: Ölənlər var

Qərbi Afrikada yerləşən Qananın Estern vilayətində altı mərtəbəli kilsə binası çöküb. 

Bununla bağlı “Haber Global” məlumat yayıb. 

Vilayətin Mansi Akroso bölgəsində baş verən adisə nəticəsində 18 nəfər ölüb, 8 nəfər isə sağ xilas edilib. 

Bildirilib ki, çökmə zamanı kilsədə 60-dan çox insan olub, dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış işləri aparılır. 

Ölü sayının artacağı istisna edilmir.

0.28332591056824