Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda bir nəfərin barmağında üzüyün sıxılıb qalması barədə məlumat daxil olub.
Xeber-ps.com xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrlə halqanın təhlükəsiz qaydada çıxarılması təmin edilib.