“Azərsu” ASC-dən Binəqədidə çürümüş su borusu ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Səttar Bəhlulzadə, 39 ünvanında zirzəmidə yerləşən qeyri-yaşayış sahəsində binanın əsas su xəttində sızma var.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 

Vətəndaş paylaşımda qeyd edib ki, çürük borular partlamaq üçün hazır vəziyyətdədir:

“Qaynar xəttə dəfələrlə müraciət olunub. Yaxınlaşıb baxan “əməkdaş”lar deyirlər ki, borunu dəyişməyə imkanımız yoxdur, sızan yerə xamıt vurmağa da xamıtımız. Gəlin, siz bizə 60 manat verin gedib xamıt alaq gətirək bağlayaq ki, binanın su xətti partlamasın. İndi sizdən xahiş edirəm borunu dəyişə bilmirsinizsə, heç olmasa, büdcədən mal-material üçün ayrılmış vəsaitdən bir dənə xamıt aldırıb, bu binanın partlayan borusunu təmir edəsiniz. Subasma halı olarsa, buna cavabdehliyi siz daşıyırsınız. Əks halda binanın suyunu kəsmək məcburiyyətində qalacağıq”.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq. 

Qurumdan Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələdən məlumatlıdırlar və vətəndaşın şikayəti ilə bağlı məsələ aidiyyəti üzrə Binəqədi Su Kanal İdarəsinə yönləndirilib:

“Məsələ Binəqədi Su Kanal İdarəsinə yönləndirilib, müvafiq tapşırıqlar verilib. Sözügedən ünvandakı boru təmir ediləcək”.

Könül Cəfərli

0.11443114280701