ABŞ alimləri var-dövlətin kasıblara necə təsir etdiyini araşdırıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kaliforniya Universitetinin (ABŞ) psixoloqları müəyyən ediblər ki, kasıb doğulan və yalnız sonradan varlanan insanlar əvvəldən varlı ailədə doğulanlarla müqayisədə yoxsulların problemlərinə daha az həssas yanaşırlar.

Araşdırmanın nəticələri “Social Psychological and Personality Science” jurnalında dərc olunub.

Ancaq adətən insanlar bunun əksini düşünürlər. İnsanların fikrincə, təkbaşına sıfırdan sərvət qazanmış və oxşar çətinlikləri yaşayıb onları aradan qaldıran insanlar yoxsulları daha çox başa düşür və onlara qayğı göstərirlər.

Bu elmi işdə 2 000-dən çox insan iştirak edib, onların bir hissəsi təkbaşına uğur qazanan, digər hissəsi isə imkanlı ailədə doğulan insanlar olub.

Nəticələr göstərdi ki, varlı insanların kasıblarla necə rəftar etməsi ilə bağlı ictimai gözləntilər çox vaxt yanlışdır. İnsanlar ümumiyyətlə sonradan varlananları, var-dövlət içində doğulanlardan daha çox kasıblara mərhəmət göstərdiklərini hesab edirlər. Lakin sonrakı araşdırmalar bu inamı təkzib edərək, sonradan varlananların əslində kasıb insanlara daha az mərhəmət hissi bəsləmələri və qazandıqlarını bölüşmək istəmədiklərini göstərdi.

Mənbə: gazeta.ru

0.1038978099823