Sosial şəbəkələrdə toy mərasimində gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlar yayılıb.
Xeber-ps.com xəbər verir ki, paylaşımlarda videogörüntülərin paytaxtın NZS qəsəbəsi yaxınlığında lentə alındığı iddia edilir.
Kadrlarda qızın evliliyə məcbur edildiyi təsiri yaranır. Sözügedən görüntülərin nə zaman və harada lentə alındığı barədə isə dəqiq məlumat yoxdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlarla bağlı Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar:
“Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə videogörüntülərin respublikanın ərazisində lentə alınıb-alınmadığı, həqiqəti əks etdirib-etdirmədiyi araşdırılır. Yekun nəticədə barədə ictimaiyyətə məlumat veriləcək”.
Həmin görüntüləri təqdim edirik:
Könül Cəfərli