Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov xəstəxanadan evə buraxılıb.
Bu barədə Xeber-ps.com-a sənətkarın dostu, prodüser Vasif Ayan məlumat verib.
“Yadigar müəllim hazırda evindədir. Dünən xəstəxanadan evə buraxılıb. Səsi qismən itib. Yəqin ki, yavaş-yavaş bərpa olunar. Ev şəraitində müalicə alır.
Ona zəng edirlər. Lakin danışmaqda çətinlik çəkir. Çünki enerjisi yoxdur. Səs telləri də qaydasında deyil. Mənə artıq yorulduğunu dedi”, - prodüser vurğulayıb.
V.Ayan aktyorda xəstəliyin təsadüfən aşkarlandığını bildirib:
“Başqa bir məsələ ilə bağlı həkimə gedib. Müayinə olunub. Ultrasəs müayinəsindən keçəndə aşkarlanıb. Bir neçə gündür ki, əməliyyat olunub. Yaxşı ki, xəstəlik tez aşkar olunub. Vaxtında müalicəyə başlayıb. Son anda bilsəydi, daha təhlükəli olardı. Ümid edirik ki, sağlamlığına tam qovuşacaq. Şuşa Dövlət Musiqili Dram Teatrında yenidən səhnəyə çıxacaq”.
Nəzrin Vahid