Qovlar şəhərində yerləşən bazar müştərisiz qalıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunun Qovlar şəhərində yerləşən bazarda müştəri tapmaq müşkülə çevrilib.

Belə ki, yol kənarında təşkil edilən qeyri-qanuni küçə ticarəti səbəbindən yaranan problemlər sakinləri də narahat edir.

Necə gəldi salınan piştaxtalar şəhərin zahiri görünüşünə xələl gətirməklə yanaşı, insanların gediş-gəlişinə də çətinliklər törədir.

Həmçinin, burada satılan mallar sanitar-gigiyenik qaydalara uyğun deyil.

“ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

0.087388038635254