Yanğınsöndürən maşının yararsız hala saldığı reklam qurğusu demontaj edilib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanğınsöndürən maşının yoldan çıxaraq aşırdığı reklam qurğusu demontaj edilib.

Bu barədə Xeber-ps.com-a Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, yararsız hala düşən reklam qurğusu yaxın günlərdə yenisi ilə əvəzlənəcək.

14:31

Qəza FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus yanğınsöndürən avtomobil hadisə yerinə gedərkən baş verib.

Bu barədə Xeber-ps.com-ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, hadisə dünən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində qeydə alınıb:

“Belə ki, sözügedən istiqamətdə hərəkət edən yanğınsöndürən maşının sürücüsü qəfil qarşısına çıxan nəqliyyat vasitəsi ilə toqquşmaqdan yayınmaq üçün məcburən hərəkət istiqamətini dəyişib və bu zaman yoldan kənara çıxıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb”.

14:16

Paytaxtda yanğınsöndürən maşın qəza törədib.

Xeber-ps.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, maşın yol kənarındakı reklam lövhəsini vuraraq aşırıb.

Həmin görüntüləri təqdim edirik: 

Könül Cəfərli

0.064023017883301