Azərbaycan ötən il Türkiyənin Antalya şəhərində şirkət açan ilk beşlikdə yer alıb.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, ötən il Antalyada 6 min 765 şirkət qurulub. Onlardan 791-i xarici şirkət kimi qeydiyyatdan keçib. Antalyada Rusiya mənşəli şirkətlərin sayı 255-ə çatıb. Siyahıda ikinci yerdə Almaniya (83 şirkət), üçüncü yerdə İran (64 şirkət), dördüncü sırada Ukrayna (53), beşinci yerdə Azərbaycan (42 şirkət) qərarlaşıb.
Qeyd edilir ki, yaradılan xarici şirkətlər arasında sektor üzrə tikinti şirkətləri üstünlük təşkil edir. Siyahıda sonrakı yerlərdə informatika, restoran, qida-içki və əyləncə xidmətləri qərarlaşıb.
Antalyada ilk xarici şirkət 1970-ci ildə qurulub.
Xarici tərəfdaşlarla fəaliyyət göstərən şirkətlərdən 1 217-si Rusiyadan, 765-i Almaniyadan, 675-si İrandandır.