Türkiyənin “Kocaelispor” klubunun baş məşqçisi Ərtuğrul Sağlam futbol üzrə Azərbaycan yığmasını çalışdırmaq təklifini qəbul etməyib.
Xeber-ps.com xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Mütəxəssisin paylaşımında deyilir:
“Beşiktaş”ın könlümüzdəki yeri hər zaman özəl və ayrı olsa da, hazırda “Kocaelispor” ilə inandığımız, müəyyənləşdirdiyimiz hədəfə doğru gedirik. İki həftə əvvəl də Azərbaycan milli komandası üçün də eyni proses olmuşdu. Diqqət, nəzakət və gözəl mesajlar üçün təşəkkür edirəm. Yeganə məqsədim “Kocaelispor”dur”.
Beşiktaş’ın gönlümüzdeki yeri her zaman özel ve ayrı olsa da şu anda Kocaelispor ile inandığımız, belirlediğimiz hedefe yürüyoruz.İki hafta önce de Azerbaycan Milli Takımı için benzer bir süreç yaşanmıştı.İlgi, nezaket ve güzel mesajlar için teşekkürler. Tek odağımız Kocaelispor.
— Ertuğrul Sağlam (@esaglamofficial) January 6, 2024