"Mərkəzlərin effektiv fəaliyyəti üçün ixtisaslı kadrların lazımdır,  iki-üç ay kurs keçmək yox"

“Müharibə görən insanlara kifayət gədər psixoloji yardım göstərilmr”

Bu fikirləri Azreform.info-ya Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib.

Onun sözlərinə görə, müharibə insanlarda psixoloji problemlər yaradır:

“Müstəqil Həmkarlar Birliyinə vətəndaşların müraciətləri arasında müharibə iştrakçılarının müraciətləri də var. Onların arasında həm müharibədə iştrak etmiş hərbçilər, həm də, müharibəni görmüş sadə vətəndaşlar var. Belə qənaətə gəlmişik ki, müharibə görən insanlara kifayət gədər psixoloji yardım göstərilmr. Azərbaycanda bu sahədə psixoloqların sayı çox azdır. Olanların da demək olar ki, əksəriyyəti peşəkar psoxoloji yardım göstərə bilmirlər. Müharibə veteranlarına, onların ailə üzvlərinə, həm də müharibədə iştirak edən digər şəxslərə effektiv psixoloji dəstək vermək lazımdır. Görüşlərdə müharibə veteranları əlillik qrupların ləğvi ilə, bizə danışanda, çox əsəbi, həyacanlı formada olurlar. Sosial Müdafiə Nazilriyin bəzi əməkdaşları qrupların verilməsinin yeni qaydaları ya izah etmirlər, ya da izah edərək get-gələ salırlar. Biz çalışırıq onlara dəstək olaq, çox lakonik izah edirik ki, qrup almağı bərpa etmək üçün nə etmək lazımdır. Və bizimlə söhbətdən sonra görürik ki, onlar necə rahatlanırlar və lazım olan sənədləri yığıb yenidən əlillik qrupu alınması və yaxud digər yardımları almaq üçün Sosial Müdafiə Nazirliyə müraciət edirlər. Görürsiz ki, adi bir söhbət, işin həlli üçün düzgün yolun göstərilməsi necə onlara təsir edir, o narazılıq aradan qalxır. Hesab edirəm ki, posttravmatik stress pozuntuları aradan qaldırmaq üçün, xüsusi mərkəzlərin sayını çoxaltmaq lazımdır. Bu baxımdan ölkədə posttravmatik stress pozuntuları ilə bağlı ixtisaslaşmış kadrların sayının artırılmasına ciddi ehtiyac var. Öz növbəsində mərkəzlərin effektiv fəaliyyəti üçün ixtisaslı kadrların lazımdır,  iki-üç ay kurs keçmək yox”.

0.077709197998047