"Əlillərin, uşaqların aşağı düşməsi çox təhlükəlidir"

Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidmətinin məlumatına görə, İdarə heyəti Masazırda yerləşən “Məzun evi” sakinlərinin şikayəti əsasında şikayətçilərlə görüşüb.

“Məzun evi”-nin sakinləri çoxsaylı problemlərdən danışdılar. Qeyd edək ki, iki həftə bundan qabaq, “Məzun evi”nin sakinləri Müstəqil Həmkarlar Birliyinə problemlərini ictimailəşdirmək üçün müraciət etmişdilər. Birlik olaraq müvafiq dövlət təşkilatlarına sorğu göndərib.

Müraciətdə sakinlər bildirmişdilər ki, binaların zirzəmiləri su ilə dolub, istilik sistemi işləmir, liftlər işləmir, kanalizasiya işləmir.

Binaların sakinləri Müstəqil Həmkarlar Birliyinin rəhbərliyinə bildirdilər ki, Birliyə müraciət edəndən sonra, üç gündür ki, liftləri düzəltmək üçün ustalar işləyir. Zirzəmilərdən suyu çəkiblər. Qazanxanada da iş gedirdi, yeni motorlar quraşdırılırdı.

Müstəqil Həmkarlar Birliyinin rəhbəri Qazanxana və zirzəmilərər baş çəkdilər. Zirzəmilərdən suyun çəkildiyini və qazanxanada işin getdiyini şahidi oldular.

Daha sonra binalara daxil olub, mərtəbələrə baxış keçirdilər. İkinci binanın 13 mərtəbəyə qalxaraq pilləkənlərdə məhəccərlərin sökülməsini gördülər. Sakinlərin əksəriyyəti əlil olduğunu nəzərə alsaq pillələrin sürüşkən olduğu halda, məhəccərlərin olmaması əlillərin, uşaqların aşağı düşməsi çox təhlükəlidir.

Sakinlərin sözlərinə görə, onlar sosial yardımları ala bilmirlər. Xüsusilə ailəli olanlar üçün, sosial yardımların almaması, yaşamaq üçün çətinlik verir.

Müstəqil Həmkarlar Birliyinin rəhbərliyi mövcüd olan problemləri qeyd edərək müvafiq organlarında məsələni qaldıracağını bildirdilər.

0.086925029754639