Xəzər Teyyublu: Təkbaşına iki əsgər böyüdən ananın belə yaşayışı olmamalıdır

Azreform.info Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidmətiniə istinadən xəbər verir ki,  Birliyin İdarə Heyətinin üzvləri, Pirallahi sakini Sabina Tairovna Ribinanın  Birliyə daxil olan şikayəti əsasında, evində olub baxış keçiriblər.

Sabina Rivina bildirib ki, artıq 6 ildir ki, iki uşaqla, belə şəraitdə yaşayır. Hamam-tualet olmadığına görə, fiziololi ehtiyacları həyətdə edirlər.

Onun sözlərindən məlum olub ki, boşanmış, keçmiş həyət yoldaşı uzun illərdir ki, kəsilmiş alimenti ödəmir və uşaqlarla maraqlanmır. Dövlət strurkturları da köməklik etmirlər. Həftənin bir günü evdə olur, qalan günləri səhərdən gecəyə gədər kafelərdə qab yuyaraq iki uşağı böyüdür.

Müstəril Həmkarlar Birliyinin rəhbərliyi bu inanılmaz yaşayışla tanış oldular.

Fuad Əliyev: “Azərbaycan vətəndaşı bu şəraitdə yaşamamalıdır. Burda demək olar ki, heç ev də yoxdur”.

Xəzər Teyyublu: “Təkbaşına iki əsgər böyüdən ananın belə yaşayışı olmamalıdır”.

Müstəqil Həmkarlar Birliyi olaraq bu məsələni diqqətdə saxlayacaq və müvafiq organlara müraciət edəcək.

0.13911199569702