İspaniya və Portuqaliya 2030-cu ildə futbol üzrə dünya çempionatına birgə ev sahibliyi etməyə qərar verib.
Bu barədə xəbər İspaniya Kral Futbol Federasiyasının (RFEF) saytında dərc edilib.
RFEF-in prezidenti Luis Rubiales və onun portuqaliyalı həmkarı Fernando Qomeş hər iki ölkədə futbolun inkişafı üçün əməkdaşlıq müqaviləsinə imza atıblar.
İspaniya 1982-ci il futbol üzrə dünya çempionatına, 1964-cü ildə isə Avropa çempionatına ev sahibliyi edib.
Portuqaliya isə 2004-cü il qitə çempionatına ev sahibliyi edib.