Nəticə olmadığına görə biz cavab olaraq muharibəyə getdik-ALDP sədri

“Sona gədər getməliyik”.

Xəbər-PS ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Kanal-13” youtube kanalına Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təxribatları şərh edərkan bildirib.

“Beynəlxalq təşkilatlar və bəzi ölkələr bizi sülhə dəvət edirlər, hərbi əməliyyatların dayandırılmasını istəyirlər. Dövlət başçısı çox aydın və net şəklində bu məsələyə öz mövgeyini bildirdi. 27 ildir ki, biz bu sülh danışıqlarda iştrak edirik, amma ermənilər bu müddət ərzində danışıqlar prossesini və atəşkəsi pozublar. Biz beynəlxalq hüquqa əsasən öz torpaqlarımız uğrunda vuruşuruq, işğalda olan torpaqlarımızı azad edirik.”

Daha sonra Fuad Əliyev qeyd edib ki, bu ilin əvvəlindən başlayarkən Paşinyan sülh danışıqlarından açıq şəkldə imtina etmişdi və hərb ritorikası ilə yeni işğala hazırlaşırdı.

“Bu ilin iyul ayında buna cəhd edilmişdi. Bu alınmayandan sonra ikinci cəhd sentyabrın 27-i oldu. Hesab edirəm ki, onların cavabı layiqincə verilir. Və bu məsələdə biz partiya olaraq dövlət başçısının qərarını dəstəkləyirik. Və artıq ordumuz bir neçə kənd və rayon mərkəzini, strateji yüksəkliyi azad edib. Ermənilərin bir neçə alayı, hərbi texnikası məhv olub.”

Azərbaycan hansı hallarda danışıqlara getməlidir sualına ALDP sədri belə cavab verib:

“27 ildir bu danışıqlarda iştrak etmişik. Bu danışıqların nəticəsi olmalıydi ki, muharibə başlanmasın. Nəticə olmadığına görə biz cavab olaraq muharibəyə getdik. Hesab edirəm ki, biz axıra qədər getməliyik. Onların hansısa şərti ilə döyüşü dayandırsaq, onda bu münaqişənin həlli yenə də uzanacaq.”

Onun fikrincə ATƏT-in Minsk qrupu 27 ərzində “turist” kimi gəlib gediblər, heç bir irəliləyiş olmayıb.

“BMT-nın 1992-ildə 4 qətnaməsi həyata keçməyibsə və biz hansısa danışıqlara başlasaq, bu məsələ yenə də uzanacaq. Biz hərbi əməliyyatları davam etdirməliyik. Ermənilər başa düşməlidirlər ki, biz sona qədər gedəcəyik. Onlar bizim torpaqlaramızı boşaltmalıdırlar. Başqa şərt olmamalıdır. Bizim vətəndaşlar öz torpaqlarımıza qayıtmalıdır. Qarabağda yaşayan ermənilər əgər Azərbaycan vətəndaşlığı qəbul etmirlərsə, onda Azərbaycanı tərk etməlidirlər.“-ALDP sədri qeyd edib.

Azərbaycan xalqı orduya necə dəstək verməlidir sualına Fuad Əliyev beə cavablandırıb:

“Azərbaycan xalqı orduya mənəvi dəstək verməlidir və kimin nə imkanı varsa ordu üçün etməlidir. Hesab edirəm ki, biz xalq olaraq birlikdə olsaq bu ordumuz üçün ən böyük dəstək olacaq.”

Müsahibəni Kanal-13-un youtube kanalında baxa bilərsiz

0.12339186668396