Bir neçə terror təşkilatından qurtula bilməyən dünyaya biri də əlavə oldu- ALDP sədri

Xeber- PS xəbər verir ki,  Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 2001-ci il sentyabrın 11-i  ABŞ-da terror aktları törədildiyilə bağlı açıqlama verib. Xeber-PS ALDP sədrinin açıqlamasını təqdim edir.

19 il əvvəl - 11 sentyabr 2001-ci ildə ABŞ-da terror hücumları bütün dünya siyasətinə ciddi təsir göstərdi. New York və Washingtondakı hücumlardan sonra, ABŞ xarici siyasətində dəyişiklik etdi. Bununla əlaqədar Əfqanıstandakı müharibəni, İraqın işğalını və "Buş Doktrinası"-ni xatırlamaq kifayətdir. 19 il əvvəl, 11 sentyabr 2001-ci ildə ABŞ-da, terror təşkilatı olan "Əl-Qaidə" üzvləri dörd sərnişin təyyarəsini qaçırdı. Onlardan ikisini Nyu-Yorkun işgüzar simvolu olan Dünya Ticarət Mərkəzinin qüllələrinə, ikisini isə Pentaqona və ehtimal ki, Ağ Ev və ya Kapitoliy istiqamətində yönəltdilər. Sonuncusu istisna olmaqla, bütün təyyarələr hədəflərinə çatdı. Məlum olub ki, ABŞ-a hücum 1996-cı ildən bəri beş ildir hazırlanırdı.

Amerika xüsusi xidmət orqanlarına görə, bir neçə təyyarəni qaçıraraq, ABŞ-ın vacib infrastrukturuna göndərmək fikri terror qrupunun üzvü Xalid Şeyx Məhəmmədə məxsus idi. 11 sentyabr hücumlarının nəticəsində Corc Buş administrasiyası "Terrorla Mübarizə"nin elan etdi və Əfqanıstanda hərbi kampaniyanın başladı. Bunula da ABŞ Əl-Qaidə üzvlərinə sığınacaq verməyə və yetişdirməyə kömək etdikləri üçün bu hücumda Əfqan Talibanı günahlandırdı.

11 sentyabr hücumlarından sonra, 19 NATO ölkəsindən 14-ü də təşkilatın kollektiv müdafiə nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq Əfqanıstana əsgər göndərdi. 11 sentyabr hücumlarından sonra "Buş doktrinası"na uyğun olaraq ABŞ rəhbərliyi, İraqın ABŞ təhlükəsizliyinə təhdid yaratdığını elan etdi. Vaşinqtona görə Səddam Hüseyn rejimi, terrorçulara verə biləcəyi kütləvi qırğın silahlarına sahib idi. ABŞ-ın İraqa hücumundan sonra ölkədə xaos başladı.

2009-cu ildə isə ABŞ İraqdakı qoşunlarını geri çəkməyə başladı. Müharibənin başlanmasına bəhanə olduğu iddia edilən kütləvi qırğın silahları heç tapılmadı. Səddam Hüseynin devrilməsi, Amerikanın ölkəni işğal etməsi və ABŞ qoşunlarının geri çəkilməsi sonradan beynəlxalq ictimaiyyətin bu gün aktiv şəkildə mübarizə apardığı İraq və Suriyada yeni bir terror qüvvəsi - İŞİD-in yaranmasına səbəb oldu.

Nəticədə bir neçə terror təşkilatından qurtula bilməyən dünyaya biri də əlavə oldu.

0.10535097122192