"Ermənilər illər boyu iştirak etdiyi danışıqlarda sadəcə imitasiya ediblər"
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibəsində bildirib.
Xəbər-PS həmin müsahibəni təqdim edir.
- Fuad müəllim, Ermənistanla müharibənin başlanması mümkündürmü?
- Sualın belə qoyulması ilə razı deyiləm. Biz işğalda olan torpaqlarımız azad etmək üçün anti-terror əməliyyatlara başlamalıyıq. Hə, bu olan təqdirdə, Ermənistan Dağlıq Qarabağ separatçılara hər hansı bir hərbi dəstəyi verəcəksə, bu demək olacaq ki, ermənilər müharibə yolu seçiblər. Ermənilər müharibə yolu seçsələr, hesab edirəm ki, layiqli cavab alacaqlar. Ermənistan rəhbərliyi bütün danışıqlardan imtina edib. Hər gün ermənilər atəşkəsi pozular. Ermənistan rəhbərliyi nümayişcasına beynəlxalq normaları pozaraq qondarma “DQR” səfər edirlər. Paşınyanın xanımı silah əlində poza verib şəkil çəkdirir. Suriya və Livandan erməni əsilli ailələri qondarma “DQR” köçürürlər. Bunlar onu göstərir ki, ermənilər illər boyu iştirak etdiyi danışıqlarda sadəcə imitasiya ediblər. Bu münaqişənin həlli uzadıldıqca onlara xeyir verir.
-Bu illər ərzində Azərbaycan sülh danışıqların tərəfdarı olub. Amma 2016 il aprel döyüşlərdən sonra müharibə notları daha çox səslənir.
-Əslində Azərbaycan çox çetin bir durumda olub. Fikir verin, ATƏT-in Minsk qrupun həmsədr ölkələrə. ABŞ və Fransada ciddi və güclü erməni təşkilatları fəaliyyət göstərir. Rusiya isə regionda əsirlər boyu erməni faktorundan istifadə edib. Ermənistan respublikasını yaratmaq üçün, bizə torpaq payın verilməsin “məsləhət” görüb. Burda sözsüz ki, din amillidə var. İndi isə nə deyişib? Ermənistanda Sorosun marionet rejimi var. Bu da Moskvanı ciddi narahat edir. Paşinyanın demokrat libasında hakimiyyətə gəldiyindən sonra siyasətini 180 dərəcədə deyişdi. Onun və yaxınların adı korrupsiya işlərində hallanması ABŞ dəstəyin azalmasına gətirib çıxardıb. Belə olan halda biz təbliğat mexanizmi gücləndirməliyik. Təkcə ABŞ, Fransa və Rusiyada yox digər ölkələrdə bizim diaspor təşkilatların fəaliyyətlərini aktivləşdirməliyik. Bütün bunlarla yanaşı, əsas bizim hərbçilərimiz hazır olmalıdırlar və bizdə, cəmiyyət olaraq onların arxasında durmalıyıq, onlara dəstək verməliyik.
-Son aylar, xüsusən də Tovuz döyüşlərindən sonra, Azərbaycanda Türkiyənin hərbi bazaların yaradılması təkliflər irəli sürülür. Dağlıq Qarabağ torpaqların işğaldan azad olunmasın da nə dərəcədə bizə kömək olacaq?
-Türkiyə və Azərbaycan hər il hərbi təlimlər keçirir. Hərbi mütəxəssislər təcrübə ilə bölüşürlər. Çox yaxşı olardı ki, hərbi bazalarda yaradılsın. Yeri gəlmişkən Türk dövlətinə, qardaş türk xalqına Qarabağ məsələsində dəstəyə görə minnətdarlığımı bildirirəm. Burada qardaş Türkiyənin hərbi qüvvələrinin bazaların yaradılması, əslində Rusiyanın bu məsələyə qarışmasının qarşısını almaq məqsədilə olmalıdır. Amma hərbi bazaların yaradılması, o anlamına gəlməsin ki, türk hərbçilər bizim əvəzimizə işğalda olan torpaqları azad edəcəklər. Bunu bizim əsqər etməlidir, biz etməliyik.