Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Qarabağ meşəsindəki hərbi düşərgədə təlim keçir və Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Ermənistanın və onun nəzarətindəki qanunsuz silahlı dəstələrin Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərdən danışarkən Baku News-a deyib ki, baş verənləri təxribat kimi qiymətləndirir:
“Hesab edirəm ki, Ermənistanda qərbyönülü qüvvələr güclüdür və 10 noyabır Bəyanaməni pozmaq istəyirlər. Baxmayaraq ki, Ermənistanda güc strukturları Rusiyanın nəzarəti altındadır, qərb də idarə etdiyi adamları gücləndirir. Və bu qüvvələr bu tipli təxribatlar edir”.
Nizami Verdiyevin sözlərinə görə, Ermənistanda vəziyyət mürəkkəb və ziddiyyətli formada cərəyan edir:
“Bölgəni qarışdırmaq istəyən qərbyönülü nümayəndələri sözsüz ki, birbaşa xaricdən təlimat alırlar. Yəni bu bölgədə maraqları olan ölkənin sifarişlərini yerinə yetirirlər. Məlum olan Bəyanaməni pozmaq cəhdlər irimiqyaslı deyil və Azərbaycan hələ ki, təmkin nümayiş etdirir”.