“Həqiqətənmi o, təqaüd yaşında insanlar, sərhədlərin açılmasını istəyirdilər? Fərz edək ki, sərhədlər açıldı. Aldığınız pensiya ilə hara gedə biləcəksiz?”
Bunu Baku News-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev deyib.
Nizami Verdiyev tarixi arxivindən xortlanan “milli şura” rəhbərliyi tərəfindən cəlb edən bir qrup təqaüdçünün Nazirlər Kabinetin qabağında piketə cəhdini şərh edərək bildirib:
“Alınmayan piketdə təqaüdçilər tərəfindən səslənən “sərhədləri açın” şüarları bir az traqikamediyaya oxşadı. Məlum məsələdir ki, “milli şura”-ın rəhbərliyi piket sifarişi öz xarici havadarlardan alıblar. Yeri gəlmişkən, burada, ASDP sədri Araz Əlizadənin fikirləri yada düşdü. O, “milli şura”-da toplananları “Qızıl dana” filmindəki Şurik Balaqanovu ilə müqaisə etmişdi. Həmin filimdə Şurik Balaqanova sual verəndə ki, sənə xoşbəxtlik üçün nə qədər lazımdır? Cavabında “üç manat” deyir. “Milli şura”-ya da xoşbəxtlik üçün üç manat lazımdır. Onların qiyməti üç manatdan artıq deyil. Araz Əlizadənin bu fikirlərilə tam razılaşıram. Bunlar xaricdən aldığı pulla ölkəmizə qarşı fəaliyyət göstərirlər”.
Nizami Verdiyev bildirib ki, “milli şura”-dan xalq yaxşı heç nə gözləyə bilməz:
“Sadəcə onların işi xarici qüvvələrdən pul alıb destruktiv fəaliyyət göstərməkdir. Təkcə bizdə yox, bütün ölkələrdə koronovirus yenidən “baş qaldırır”. Yenidən maska rejiminə keçmək ehtimalı yaranır. Azərbaycanın regionda güclənən nüfuzu ermənilərə, “milli şura”-ya və bunların havadarlara sərf etmir. Bu üçlük Azərbaycan dövlətçiliyinə və xalqına qarşı birləşiblər”.