“”Siyasətçi” libasında olan Azərbaycanın “siyasi primadonna”sı Gültəkin Hacıbəyli indi yenidən “düşərgəni” dəyişmək istəyir. Amma inanmıram ki, kimsə onu qəbul etsin”.
Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin hakimiyyətlə barışmaq istəyinə münasibətində deyib. .
Dinarə Məmmədovanın sözlərinə görə, sosial şəbəkələrdə və meydanlarda canfəşanlıq edən - əqidəsini, düşərgəsini dəyişən, “Milli şura”da koordinatorluq edən bu “siyasi primadonna” vaxtı ilə deputat mandatın hesabına varlanmışdır:
“Gültəkin Hacıbəyli və Milli Şuranın sədri Cəmil Həsənli deputat olan dövrdə hakimiyyət nümayəndələrini tərifləyəyirdilər, təşşəkürnamələr yazdırırdılar. Bütün imtiyazlardan yararlanırdılar. Vaxt var idi bu “primadonna” Gültəkin müxalifətçiləri, xüsusilə “radikal” müxalifətçiləri tənqid atəşinə tutmuşdu”.
“Hamımızın yadımızdadır Milli Şuranın “zoom konfransı”ndan yayılan video. Həmin kadrlarda qurumun Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli Azərbaycan neftinin 14 dollara düşdüyü barədə yayılan dezo xarakterli məlumatlara sevindiyini gördük.
Milli Şuranın online iclaslarda qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların səviyyəsinin göstəricisidir. Bunlar iclaslarda siyasi, sosial və iqtisadi məsələləri müzakirə etmək əvəzinə, qeybətlə məşğuldurlar. Başqalarını təhqir edirlər.
Bunlarda bir “professor” var, universitetdə dərs dediyi bir zaman var idi, tələbələrdən qiymət yazmaq üçün rüşvət alırdı, indi isə xalqa mənəviyyatdan və əxlaqdan dərs deməyə çalışır. Böyük bir adı daşıyan Şura, xalqın ümidini elə yaranan gündən puç etdi və xalqın mənafeyinə yox, şəxsi maraqlarına xidmət etdiyini göstərdi"- ALDP rəsmisi qeyd edib.
<![if !supportLineBreakNewLine]>
<![endif]>