Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev İsrailin Azərbaycandakı səfiri Corc Diki Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir:
Hörmətli cənab Səfir!
İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə İsrail xalqını və bütün dünya yəhudilərini təbrik edirəm. Azərbaycan və İsrail xalqları arasında tarixən dostluq və qardaşlıq əlaqələri mövcud olub və bu əlaqələr indi də davam etməkdədir. Ümid edirəm ki, bu əlaqələrimizə kölgə sala biləcək qüvvələrə qarşı birgə mübarizəmizi daha da gücləndirəcəyik.
Allahdan İsrail dövlətinin daha güclənməsi və inkişaf etməsini diləyirəm. Ümid edirəm ki, İsrail həmişə tutduğu düzgün və real siyasətini dəyişməyəcək və qarşısına qoyduğu bütün maneələri dəf edəcəkdir.
Bu yolda sizə uğurlar arzulayıram.
Hörmətlə,
Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri