Partiya sədri: Təəssüf ki, dövlət başçısının bu addımları məmurlara və YAP nümayəndələrinə örnək olmur

Ramazan ayının başlamasından 20 gün ötür. Bu ayın əsas özəlliklərindən biri də iftar qonaqlıqlarının verilməsidir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalardan artıq bir neçəsi indiyə qədər partiya rəhbərlərini bir araya gətirərək, iftar süfrəsi açıblar. İlk olaraq, AĞ Partiya belə bir qonaqlıq təşkil edib. Ardınca ALDP və Gələcək Azərbaycan partiyaları anfaloji addımları atıblar.

Bu qonaqlıqlara hakim Yeni Azərbaycan Partiyasının da dəvət olunub-olunmaması ilə maraqlandıq.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə bildirdi ki, bir neçə ildir iqtidar- müxalifət münasibətləri normallaşıb:

“Artıq  bayramlarda, xüsusi günlərdə dövlət başçısı müxalifətə təbriklərini çatdırır. Eynilə mən də öz növbəmdə təbrik edirəm. Bu artıq ənənəyə çevrilib. Amma təəssüf ki, dövlət başçısının bu addımları məmurlara və YAP nümayəndələrinə örnək olmur. Cavabsız qalan təbriklərdən, dəvətlərdən sonra təşkil etdiyimiz iftar süfrəsinə dəvətimizin yenə də cavabsız qalacağını istəmədik. Yəqin ki, bir müddət keçməlidir ki, məmurlar müxalifətin təşkil etdiyi tədbirlərdə iştrak etsinlər. Hər halda, dövlət başçısı İlham Əliyevdən bir nümunə götürməlidirlər. Siyasətdə etik davranış, siyasi mədəniyyət anlamı da var”.

“Yeni Müsavat”

0.11707592010498