Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin iclası keçirilib. İclasda 28 aprel Azərbaycan tarixində işğal günü kimi qeyd olunması ilə bağlı bəyanat qəbul olunub.
Bəyanatda deyilir:
Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə XI-ci Qırmızı Ordu 1920-ci il, aprelin 28-də Bakıya daxil olmuş və Azərbaycan Demokratik Respublikasını devirmişdi. Bəzi tarixçilər Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin mütləq əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi.
Biz Azərbaycanın bu tarixini öyrənməliyik və müstəqillik uğrunda mübarizə aparanları unutmamalıyıq, onların fəaliyyəti, mübarizliyi xatırlanmalı və ictimaiyyətə açıqlanmalıdır.
ALDP 1920-ci il aprelin 28-i Qırmızı ordunun Azərbaycanı işğal etməsi “İşğal günü” kimi qeyd olunmasını təklif edir.