Partiya sədri: Onunla Moskva şəhərində və Bakıda bir neçə görüşlərim olub, fikir mübadiləsi aparmışıq

Xəbər verildiyi kimi, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 84 yaşında vəfat edib. Mərhumun üç mərasimi martın 29-da “Təzəpir” məscidində keçirilib.

Azərbaycanın Müstəqillik Aktına imza atan bu şəxsin dəfnində az sayda siyasi çevrədə təmsil olunan şəxsləri gördük. Müxalif düşərgədən isə kimsə gözə çarpmadı. Onun üçün də mərhum prezidentin yas mərasimlərində ölkə müxalifətinin iştirak edib-etməməsi ilə maraqlandıq. 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev A.Mütəllibovun yas mərasimlərinin birində iştirak edəcəyini qeyd etdi: 

“Son illər iqtidar-müxalifət münasibətlərinin normallaşmasından sonra həm bayramlarda tərəflər bir-birilərini təbrik edir, həm də yas mərasimlərində qarşılıqlı iştirak olunur. Misal üçün, birinci vitse-prezident Mehriban Əliyevanın keçmiş prezident, mərhum Əbülfəz Əliyevin mərhum həyat yoldaşının yas mərasimini təşkil etməsini göstərmək olar. Ölkənin birinci prezidenti Ayaz Mütalibovun vəfatı ilə bağlı Prezident İlham Əliyevin başsağlığı verməsi, dəfn mərasiminə əklil göndərməsi bu münasibətlərin davamlı olduğunun göstəricisidir. Yəqin ki, iqtidar nümayəndələri mərhum Ayaz Mütəllibovun yasında iştirak ediblər. ALDP sədri kimi sözsüz ki, Ayaz Mütəllibovun yas mərasimlərinin birində iştirak edəcəyəm. Onunla Moskva şəhərində və Bakıda bir neçə görüşlərim olub, fikir mübadiləsi aparmışıq. Bir daha ailəsinə başsağlığı verirəm”.

/Yeni Müsavat/

0.084559917449951