Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı tədbir keçirib. Tədbirdə ALDP Sədr Aparatın və Gənclər Təşkilatının (GT) üzvləri iştrak edib. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fuad Əliyev öz çıxışında qeyd edib:
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni faşıstları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Minlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneəçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi sürətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
İndi bizim əsas vəzifəmiz 31 mart və Xocalı soyqırımları, erməni faşıstların ölkəmizə, millətimizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri Dünya ictimayətə çətdırılmasıdır.
ALDP beynəlxalq təşkilatlara 31 mart və Xocalı soyqırımları bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağ üçün müraciət göndərib. Tariximizi unutmayaq ki, tarixdən silinməyək!”.
Qeyd: Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, Human Rights Watch, Amnesty İnternational, CARE International, Danish Refugee Council, Norwegian Refugee Council, International Alert, International Bridges to Justice, Save the Children International, Transparency International, World Vision, NDI, Avropa Parlamentinin bir sıra üzvlərinə və ALDP-nın əməkdaşlıq etdiyi partiyalara göndərilib.