Nizami Verdiyev: Bunlar bu yalan məlumatlara görə heç vaxt xalqdan üzür istəməyiblə

“Biz dəfələrlə bildirmişik ki, Rusiyada ermənipərəst qüvvələr çox güclüdür. Bu qüvvələr sakit oturmayıblar. İmzalanan 10 noyabr Bəyannaməni pozmağa cəhdlər edirlər. Necə olur ki, Rusiya Müdafiə Nazirliyində olan ermənipərəst qüvvələr Rusiya prezidenti Putinin əleyhinə bəyanatlar verirlər?”

Bu sözləri Xəbər-PS-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev deyib.

Nizami Verdiyevin sözlərinə görə, ölkədə bəzi siyasətçilər bu tipli “xəbərlərə” istinadən fikirlər səsləndirirlər:

“Sonuncu belə “xəbər” Xocalının Fərrux kənd ilə bağlı idi. Xalqın içində çoxdan hörmətini itirən Əli Kərimli bu “xəbərə” istinadən bir status yazıb. Və özünü növbəti dəfə biabır edib. Rusiya Müdafiə Nazirliyinin verdiyi “xəbərdə” anti-Azərbaycan mövqeyi aydın görsənir. Bunu başa düşdük. Bəs sən, Əli Kərimli, niyə bunu təkrarlayırsan? Onda belə çıxır ki, axtardığımız 5-ci kolon üzvlərindən birisən. Sən həmişə 5-ci kolon üzvü olmusan və Rusiya tərəfindən yaradılmış Milli Şuranın ən aktiv üzvüsən”- Nizami Verdiyev qeyd edib.     

“Bu adamlar 30 ilə yaxındır ki, xalqı aldadırlar. Bunlara görə müxalifətə inam yoxdur. Bu yalan məlumatlara görə heç vaxt xalqdan üzür istəməyiblər. Əli Kərimli, yazdığın statusu sil və Azərbaycan xalqından üzür istə”- Nizami Verdiyev bildirdi.

0.077369213104248