Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevd Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:
Əziz həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.
Azərbaycan xalqı öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlığını nümayiş etdirib. Xalqımız ən çətin zamanlarda belə Novruz bayramını qoruyub yaşatmış, milli adət-ənənələrini unutmamış, onları bu günümüzə gətirib çatdırmışdır.
Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zəngiliyi ilə özündə əks etdirən Novruz bayramı münasibərilə bir daha sizi təbrik edirəm.
Novruz bayramınız mübarək olsun!
Hörmətlə,
Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri